Yağışlı hava şəraitində Bakıda bir neçə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hadisələrin müxtəlif səbəblərdən baş verdiyini açıqlayıb.
Qurum tərəfindən sürət həddinin düzgün seçilməməsi, ara məsafəsinin hava və yol şəraitinə uyğun saxlanılmaması, manevretmə qaydalarının pozulması hallarının ağır nəticələrə səbəb olduğu bildirilib.