Türkiyəli iş adamı qırmızı rəngli köhnə avtomobili ilə Türkiyəyə yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar aparan Sərvər Bəşirliyə avtomobil hədiyyə edib.
Manset.az xəbər verir ki, bu barədə məlumatı "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, Sərvər Türkiyədə olduğu üçün maşın onun atasına təqdim olunub.