logo
logo logo
logo

Bakıda havanın keyfiyyət göstəriciləri ilə bağlı - Rəsmi Açıqlama

18:13 - 27 Fevral 2023

Bakıda havanın keyfiyyət göstəriciləri ilə bağlı - Rəsmi Açıqlama

27 fevralda atmosfer havasının keyfiyyəti açıqlanıb.

 

Bu barədə Manset.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən yalnız dəm qazı normadan 1.6, Sumqayıt şəhərində azot-4 oksid normadan 1.1, Gəncə şəhərində isə 1.3 dəfə yüksək qeydə alınıb.

Bu göstəricilərin normadan yüksək olmasına səbəb həmin ərazilərdə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az