Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlandı

18:02 - 31 Avqust 2021

Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanlar haqqında məlumat yayıb.

Manşet.az xəbər verir ki, məlumatda deyilir:

"Məlum olduğu kimi, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

Artıq 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir.

Belə ki, bu il 4 nəfər beynəlxalq fənn olimpiadası, 33 nəfər respublika fənn olimpiadası, 49 nəfər idman, 1 nəfər incəsənt sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 8 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

13 abituriyent isə müsabiqədənkənar qəbul olmaq hüququndan imtina edib və müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini qeyd edib.

Bundan əlavə, 138 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 163 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv