Torpaq çərşənbəsində 23 mindən çox ağac əkilib - FOTOLAR

17:26 - 14 Mart 2023

Torpaq çərşənbəsində 23 mindən çox ağac əkilib - FOTOLAR

Novruz bayramının əlamətdar günlərindən olan Torpaq çərşənbəsində ağacəkmə tədbirləri Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Şabran, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəmkir, Ağcabədi, Bərdə, Masallı, Lənkəran rayonlarının meşə fondu torpaqlarında keçirilib və ümumilikdə 23 500 ədəd müxtəlif növ ağac tingi əkilib, 870 kiloqram toxum səpilib.

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Manset.az-a bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Novruz bayramının xüsusi günlərindən olan çərşənbələrdə, ümumilikdə 100 minə yaxın ağac əkilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az