Finladiya prezidenti Sauli Niinistö Türkiyəyə rəsmi səfər gəlib.
Manset.az Trthaber-ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Finlandiya Prezidenti Sauli Niinistönü Prezident Sarayında rəsmi mərasimlə qarşılayıb.
Rəsmi mərasimdən sonra prezidentlər arasında görüş keçiriləcək.
Görüşdə əsas gündəm Finlandiyanın NATO-ya üzvlüyü olacaq.
2022-ci ilin iyununda Madriddə imzalanan üçlü memorandum çərçivəsində son vəziyyət qiymətləndiriləcək. Finlandiyanın memorandumda üzərinə götürdüyü məsələlərə əməl edib-etməməsi nəzərdən keçiriləcək.
Jalə
Manşet.az