Mərkəzi Gömrük Hospitalına yeni rəis təyin olundu - FOTO

17:56 - 17 Mart 2023

Mərkəzi Gömrük Hospitalına yeni rəis təyin olundu - FOTO

Mərkəzi Gömrük Hospitalına yeni rəis (baş həkim) təyin olunub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bununla bağlı martın 16-da müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Mərkəzi Gömrük Hospitalının rəis müavini, tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev səhiyyə müəssisəsinin rəisi (baş həkim) təyin edilib.

Qeyd edək ki, B.Musayev 1982-ci ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. O, indiyədək bir çox yerlərdə müxtəlif vəzifələrdə çalışıb.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az