Bakıda qanunsuz olaraq tikilən piyada keçidi sökülür - VİDEO

13:32 - 27 Mart 2023

Bakıda qanunsuz olaraq tikilən piyada keçidi sökülür - VİDEO

 

Bakının Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində tikilən keçid sökülür. 

 

Manset.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, artıq tikilinin bir hissəsi dağıdılıb. 

Qeyd edək ki, ərazidə tənzimlənən piyada keçidi var. 

Həmçinin bu keçidin tikilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazə, eləcə də Bakı Nəqliyyat Agentliyindən razılıq verilməyib. 

Sözügedən keçid ərazidəki səkiləri xeyli daraldır və şəhərdə hərəkət üçün narahatlıq yaradırdı. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az