Azərbaycanın səhnəsini danimarkalı hazırlayacaq - FOTO/VİDEO

13:46 - 27 Mart 2023

Azərbaycanın səhnəsini danimarkalı hazırlayacaq - FOTO/VİDEO

Bu il Avroviziya mahnı müsabiqəsində Azərbaycanın çıxışı üzərində işləyəcək quruluşçu rejissorun adı açıqlanıb.

 

Manset.az Olay.az-a istinadən xəbər verir ki, bu, Avropada məşhur olan danimarkalı Mads Enqqaarddır.

O, 2004-cü ildən bəri Avroviziya müsabiqəsində iştirak edən ölkələrin nümayəndə heyətləri ilə əməkdaşlıq edir.

Danimarkanın 2004, 2010, 2018, 2019-cu illərdəki Avroviziya səhnə performansları ona məxsusdur.

Çingiz Mustafayevin “Truth”, Samirə Əfəndinin “Cleopatra” və “Mata Hari”, Nadir Rüstəmlinin “Fade to black” mahnılarının səhnələrinə məhz Mads Enqqaard rejissorluq edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az