Dövlət Sərhəd Xidmətinin zabiti vəfat edib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, xidmətin mayor rütbəli zabiti Zeyqəm Fətullayev xəstəlik səbəbindən bu gün Bakıda dünyasını dəyişib.
Əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonundan olan Z.Fətullayev bu gün Bakıda dəfn edilib.
