İsraildə nümayişçilər parlament binasına daxil oldular

17:22 - 27 Mart 2023

İsraildə nümayişçilər parlament binasına daxil oldular

İsrailin Qüds şəhərində Knesset (İsrail parlamenti) binası qarşısında etiraz edən bir neçə nümayişçi binaya daxil ola bilib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Channel 12” televiziya kanalı məlumat yayıb.

Kadrlarda bir neçə nəfərin Knessetin dəhlizləri ilə getdiyi əks olunub. Həmçinin onlardan birinin əynində müxalifət şüarları yazılmış köynək olub. Binaya daxil olan nümayişçilər tez bir zamanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq uzaqlaşdırılıblar.

Qeyd edək ki, bu saatlarda Qüdsdə Knessetin binası qarşısında hökumət əleyhinə böyük mitinq keçirilir. Etirazçılar Baş nazir Binyamin Netanyahuya, onun hökumətinə və ölkənin məhkəmə sistemində təklif etdiyi islahatlara etiraz edirlər. Etirazların artmasına səbəb isə Netanyahunun martın 26-da məhkəmə sistemində islahatların dayandırılmasının lehinə çıxış edən müdafiə naziri Yoav Qalantı istefaya göndərməsi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az