“Açıq mikrofon” Oğuzda keçirildi - FOTO

09:55 - 28 Mart 2023

“Açıq mikrofon” Oğuzda keçirildi - FOTO

SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası növbəti dəfə Oğuz rayonunda baş tutub.

 

Manset.az xəbər verir ki, ümumilikdə 8 müraciətin ünvanlandığı aksiyada əsasən fərdi yaşayış evlərinin qazlaşdırılması istəyi yer alıb. Bu baxımdan Oğuzun Xaçmaz kəndindən qatılan Cövdət Çələbiyevlə Afiq Haşımovun müraciətləri Tayıflı kənd sakini Xumarə Xəlilovanın müraciəti ilə eynilik təşkil edib. Mikrofon önünə keçən sakinlərdən fərqli olaraq abonentlər qaz xəttinin yerinin dəyişdirilməsini istəyiblər. Elə bu cür müraciətlə Elçin Babayev “Açıq mikrofon”da çıxış edib.

Hər bir müraciət Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydə alınaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

“Açıq mikrofon” Oğuzda keçirildi - FOTO
“Açıq mikrofon” Oğuzda keçirildi - FOTO


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az