Bu gün səhər saatlarında Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığında yanğın olub.
Bu barədə Manset.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yerinə Milli Parkın, ETN-nin digər yerli qurumlarının, FHN-nin əməkdaşları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.