6 dəfə yanan, yaşı bir əsrdən çox olan bina - Sakinlər nədən narazıdı?

23:07 - 02 Aprel 2023

6 dəfə yanan, yaşı bir əsrdən çox olan bina - Sakinlər nədən narazıdı?

Bir əsrdən çox yaşı olan bu tikili paytaxtın Xətai rayonu, NZS qəsəbəsində yerləşir.

 

Manset.az Xezerxeberaz-a istinadən xəbər verir ki, bina bu vaxta qədər nə az nə çox 6 dəfə naməlum səbəbdən yanıb. İndi isə istismar müddətini başa vurduğu üçün, hissə-hissə uçub dağılır.

Binanın çölü ilə yanaşı, evlərin də daxili ziyan gördüyündən sakinlər mənzillərini təmir də etdirə bilmirlər.

Binada yaşayanlar deyir ki, dəfələrlə aidiyyəti quruma müraciət etsələr də bir nəticəsi olmayıb. Məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, binanın qəzalı olması ilə bağlı onlara heç bir müraciət daxil olmayıb. Yazılı müraciət əsasında binaya baxış keçirilə və sonra müvafiq qərar verilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az