Abşeron rayonunda FAM 88 MTK-nın sakinləri onlara illərdir verilən vədin hələ də yerinə yetirilməməsindən şikayətlənir.
Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, səbəb 50-dən çox ailənin yaşadığı binanın mənzilləri indiyə qədər fərdi olaraq sayğacla təmin edilməyib.
Sakinlər iddia edir ki, binada qaz da yoxdur, əlavə olaraq liftlərdən biri işləmir, digərinin isə yeri boşdur. Bu azmış kimi binada mənzillərdən bəziləri bir neçə şəxsə satılıb.
Problemlərin baş alıb getdiyi bu yaşayış binası Abşeron rayonunda yerləşir.
Bildirilir ki, Xırdalan şəhər, ''FAM-88'' MTK-ya məxsus bina əslində 2014-cü ildən təhvil verilməliymiş. İşıq, qaz və su sayğaclarının pulları isə illər öncə yığılsa da, lakin hələdə mənzillərə quraşdırılmayıb.
Burada yaşayanlar həmçinin iddia edir ki, əsas narahatlıq yaradan problemlərdən ən əsası isə mənzillərin MTK rəhbərliyi tərəfindən bir neçə şəxsə satılmasıdır.
Sözügedən məsələ ilə bağlı ''FAM-88'' MTK-nın rəhbəri Fəxrəddin Hüseynov və Rafiq Tağıyevlə əlaqə qurmaq cəhdlərimiz nəticəsiz qaldı. Məlum oldu ki, Arif Hüseynov adlı şəxs yeni rəhbər təyin edilib.
O, problemlərin həll olunacağını bildirdi.
İndi sakinlər problemlərin həll ediləcəyi günü gözləməkdən başqa əlacı qalmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: