Azərbaycanda yüksək vəzifəyə yeni təyinat - FOTO

14:49 - 03 Aprel 2023

Azərbaycanda yüksək vəzifəyə yeni təyinat - FOTO

Tanınmış jurnalist, publisist Vəli Əkbər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV)  İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsinə təyin olunub. Bu gün Vəli Əkbər kollektivə təqdim olunub. 
 

Manset.az bizim.media-ya istinadən xəbər verir ki, Vəli Əkbər “Press-Fakt” qəzetində məsul katib, “Həftə-içi” qəzetində baş redaktorun müavini, “Rezonans” qəzetinin baş redaktoru vəzifələrində çalışıb.

Tanınmış jurnalist həmçinin “Lider” TV-də Xəbərlər departamentinin rəhbəri, AzTV-də Xəbərlər studiyasının direktor müavini vəzifələrində işləyib. 

Vəli Əkbərin sonuncu iş yeri isə Bizim.Media informasiya portalı olub. O, bir neçə il baş redaktorun müavini işləyib. 
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az