İnam Kərimovun Ali Məhkəməyə hakimliyi təsdiqləndi - YENİLƏNDİ

13:52 - 04 Aprel 2023

İnam Kərimovun Ali Məhkəməyə hakimliyi təsdiqləndi - YENİLƏNDİ

İnam Kərimovun Ali Məhkəməyə hakimliyi təsdiqlənib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

***

Milli Məclisin iclası başlayıb. İclasa Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli sədrlik edir. 

***

Xəbər verdiyimiz kimi, İnam Kərimovun Ali Məhkəmənin hakimi təyin edilməsi barədə məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Manset.az xəbər verir ki, məsələ parlamentin bu gün keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir. Martın 6-da Ali Məhkəmənin əvvəlki sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az