Vilayət Hacıyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

21:27 - 04 Aprel 2023

Vilayət Hacıyev \"Qurd qapısı\" qəbiristanlığında dəfn olunacaq

Görkəmli tərcüməçi, filoloq Vilayət Hacıyev sabah "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

 

Manset.az xəbər verir ki, bu barədə APA-ya mərhumun qızı məlumat verib.

Onun sözlərinə görə, əvvəlcə vida mərasimi keçiriləcək: "Səhər 9-10 arası Heydər Məscidində vida mərasimi olacaq. Daha sonra isə "Qurd qapısı"na aparılıb orada dəfn olunacaq".

Xatırladaq ki, Vilayət Hacıyev uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Görkəmli tərcüməçi Erix Mariya Remarkın “Zəfər tağı”, Herman Hessenin “Yalquzaq”, Haynrix Böllün "Bir təlxəyin düşüncələri", “Kişisiz ev”, Frans Kafkanın "Məhkəmə" və bir sıra bu kimi dünyaca məşhur əsərləri orijinaldan dilimizə tərcümə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az