Bakıda bu poliklinikaların fəaliyyəti dayandırıldı - VİDEO

00:30 - 05 Aprel 2023

Bakıda bu poliklinikaların fəaliyyəti dayandırıldı - VİDEO

Paytaxt Bakıda bir sıra tibb müəssisələrinin rentgen aparatlarında nöqsan aşkarlanıb, fəaliyyəti dayandırılıb.

 

Manset.az  Xezerxeber.az-a istinadə xəbər verir ki, artıq paytaxtda yerləşən 19 nömrəli Uşaq və 2 nömrəli Şəhər poliklinikalarında rentgen kabinetlərinin fəaliyyəti, 20 nömrəli Uşaq, 35 və 37 nömrəli Şəhər poliklinikalarında rentgen müayinəsi xidməti göstərilmir. Çünki radiasiya təhlükəsizliyi tələblərinə riayət edilməməsi və "xüsusi icazə"nin olmaması səbəbindən  həmin tibb müəssisələrində rentgen avadanlıqlarının istismarı dayandırılıb.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova "Xəzər Xəbər"ə bildirib ki, Bakı və ətraf regionlarda yerləşən tibbi müəssisələrdə, xəstəxana, tibb mərkəzlərində mütəmadi olaraq TƏBİB və digər aidiyyətı qurumlar tərəfindən monitorinqlər aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az