Uşaq evindən şikayət edən yeniyetmə məktəbdən çıxıb

13:40 - 05 Aprel 2023

Uşaq evindən şikayət edən yeniyetmə məktəbdən çıxıb

Bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmənin təhsil aldığı məktəb məlum olub.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, o, 29 nömrəli tam orta məktəbdə oxuyub. 

Məktəbdən saytımıza bildirilib ki, şagird 4-cü sinfə qədər fərdi təhsil alıb. Sonra məktəbdən çıxıb.

2021-ci ilin aprel ayından 6-cı sinfə yenidən qəbul olub və adi sinifdə təhsil alıb. 2021-2022-ci tədris ilindən yenidən məktəbdən çıxıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evi ilə bağlı şikayətini bildirib. Qeyd edib ki, müəssisədə uşaqlara quru çörək verirlər:

“Uşaq evinə gələn ərzağı, meyvələri, südü aparırlar. Ətin sümüyünü bişirirlər, özünü aparırlar”.

Daha sonra şikayətini bildirən yeniyetmə 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov yeniyetmənin ruhi xəstə olmadığını açıqlayıb.

Xatırladaq ki, iddiaları səsləndirən şəxs dörd qardaşdan biridir və onlar uşaq evində böyüyüblər. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az