Bakıda növbəti ting paylama aksiyası keçirildi - FOTOLAR

17:59 - 05 Aprel 2023

Bakıda növbəti ting paylama aksiyası keçirildi - FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Megastore" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Bir ağac-min nəfəs" devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib. 

 

Manset.az xəbər verir ki, Xətai rayonunda keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən 288 ədəd işlənmiş batareya, ümumi tutumu 275 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb. 

Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və təkrar emalına dəstək olmağa çağırırıq.

Qeyd edək ki, ting paylama aksiyalarının keçirilməsi ilə bağlı elanlar Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az