“Xankəndiyə daxil olanda sevinc hissi keçirirdik” - Həkim (VİDEO)

00:00 - 06 Aprel 2023

“Xankəndiyə daxil olanda sevinc hissi keçirirdik” - Həkim (VİDEO)

Azərbaycanlı həkimlər vəzifə borclarını yerinə yetirmək üçün Xankəndiyə gediblər.

 

Onlar 30 ildən sonra ilk dəfə Xankəndiyə ayaq basıblar.

Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Xankəndi-Laçın yolundan keçən zaman halı pisləşən erməni qadınlara ilkin tibbi yardım göstərdikdən sonra onları Xankəndidəki xəstəxanaya aparmalı olublar.

Tibbi heyətin üzvü həkim Vilad Əliyev deyir ki, uzun müddətdən sonra Xankəndiyə getməklə böyük sevinc yaşayıb.

Təcili tibbi yardım avtomobilini idarə edən sürücü Elşən İsmayılov isə böyük fəxarət hiss keçirdiyini dilə gətirib. Onun sözlərinə görə, sonuncu dəfə Xankəndidə işğaldan bir il əvvəl olub.

Qeyd edək ki, halı pisləşən ermənilər Xankəndidəki xəstəxanaya təhvil verildikdən sonra tibbi heyətimiz yenidən Şuşaya qayıdıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az