İstanbulda 5 mərtəbəli bina uçdu - VİDEO

17:12 - 06 Aprel 2023

İstanbulda 5 mərtəbəli bina uçdu - VİDEO

İstanbulun mərkəzində istifadə olunmayan 5 mərtəbəli bina uçub.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Karaköydə yerləşən bina səhər saatlarında qismən uçmağa başlayıb və yerli vaxtla 15:00-da tamamilə uçub. 

Binanın uçma təhlükəsi olduğundan tikilinin yerləşdiyi küçə səhər saatlarından qismən bağlanıb. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Məlumata görə, binanın bərpasına başlanılmasına dair qərar hələ 2015-ci ildə verilsə də, tikilinin sahibi işlərə başlamayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az