Həbsdə olan bloger Ata Abdullayev əfv olunmasını istəyir.
Manset.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı Prezident yanında Əfv Məsələləri Komissiyasına müraciət edilib.
Xatırladaq ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü il 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü Ali Məhkəmə qərarı qüvvədə saxlayıb.