Milli Məclisin İnzibati qanunvericilik sektorunun müdiri, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev məhkəməyə verilib. Ondan şikayətçi olan isə Göygöl rayon sakini Mehman Həsənovdur.
Manset.az xəbər verir ki, Göygöl rayon Məhkəməsində mülki qaydada iddia qaldıran 61-yaşlı Həsənov deyir ki, 8 ildir Vəliyevlər onun əmlakını alsalar da, bu günə qədər əvəzini ödəmirlər. Söhbət Göygölün Yeni Zod kəndində yerləşən 10 sot torpaq sahəsindən gedir.
"İçərini heç cür görmək olmur"
Həsənovun əlində Yeni Zod kəndində 10 sot torpaq sahəsinin sahibi olduğunu təsdiqləyən sənədlər, o cümlədən mülkiyyət hüququnu təsdiq edən çıxarış da var. Deyir ki, yaşıllıq ərazidə yerləşən sözügedən daşınmaz əmlakı 2010-cu ildə alqı-satqı yoluyla əldə edib: "Öz vəsaitim hesabına o ərazini hasarlatdırdım. Tikintidə istifadə olunan qum, sement, armaturu Gəncədən alıb daşıtdırmışdım. Kifayət qədər xərcim çıxmışdı. 2013-cü ildə xəbər göndərdilər ki, Elmar Vəliyevin oğlu o yeri istəyir. Onların gücünü bilirdim, başa düşürdüm ki, müqavimət göstərməyin mənası yoxdur. Ona görə əvvəlcədən xoşluqla razılaşdım. Gah dedilər, pulunu verəcəklər, gah dedilər, əvəzinə başqa yerdə torpaq sahəsi veriləcək...".
Həsənov iddia edir ki, üstündən 8 il keçsə də, nə pul ala bilib, nə də torpaq. Üstəlik, əlində sənədləri ola-ola həmin əraziyə də daxil ola bilmir. İddiaçı bildirib ki, dərhal onun çəkdiyi hasarı sökdürüb, daha hündür hasar çəkiblər.
Göygöl sakininin sözlərinə görə, sözügedən ərazidə onunla yanaşı, bir neçə başqa qonşusunun da ərazisinı alıb bir-birinə qatıblar: "Hasar o qədər hündürdür ki, içərini heç cür görmək olmur. Deyilənə görə, Elmar müəllimin oğlu orada özünə istirahət yeri, idman meydançası düzəltdirib. Amma özüm görməmişəm".
"Şikayət etməyi özümə rəva görmürdüm"
Həsənov bildirib ki, digər mülkiyyətçilərə də əmlakının əvəzi ödənilməmişdi. Ona görə də hələ bir neçə il əvvəl dövlət orqanlarına, məhkəməyə şikayət ediblər. Ona da eyni addımı atmağı təklif eləsələr də, imtina edib. Qarşı tərəfin söz verdiyini nəzərə alaraq, vədə əməl olunmasını gözləyib: "Çünki mənə bir neçə dəfə söz vermişdilər. Gəncə şəhər İcra Hakimiyyətində Elmar müəllimin Mahmud adlı işçisi, adətən, mənimlə əlaqə saxlayırdı. Bir neçə yerdə torpaq sahəsi göstərmişdi. Razılaşdığım da olmuşdu, amma sonradan onu da vermədilər. Hətta ayrı-ayrı yerlərdən daha kiçik ölçülü torpaq sahələrinə də razılaşdım, yenə xeyri olmadı... Aramızda söhbət olmuşdu deyə, mən şikayət etməyi özümə rəva görmürdüm. Axırda başa düşdüm ki, bunlar mənə heç nə vermək fikrində deyil".
Mehman Həsənovun Elmir Vəliyevə qarşı iddiasına yarım ildən çoxdur ki, Göygöl rayon Məhkəməsində baxılır. Hazırda məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Əmlaka baxış keçirə bilmirlər
Cavabdeh Vəliyevin nə özü, nə də nümayəndəsi məhkəməyə gəlir. Hakim Qələmdar Abbasov mübahisə predmeti olan əmlaka yerində baxış keçirilməsinə qərar verib.
İddiaçının vəkili, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin əməkdaşları da daxil olmaqla, bir neçə nəfər əraziyə baxış keçirməyə getsə də, içəri daxil ola bilməyiblər.
Vəkil Zabil Qəhrəmanov da AzadlıqRadiosuna bunu təsdiqləyib. Müdafiəçi bildirib ki, bu üzdən məhkəmə prosesi uzun müddətdir ki, təxirə salınıb. Nə vaxt keçiriləcəyi də məlum deyil.
32 yaşlı Elmir Vəliyevin bu ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.
Göygöl rayon Məhkəməsindən isə belə bir işin icraatda olduğunu təsdiqləsələr də, bu barədə açıqlama verməkdən imtina ediblər: "Araşdırmalar davam edən işlə bağlı heç bir açıqlama verilə bilməz".
Xatırlatma
60 yaşlı Elmar Vəliyev 2004-2011-ci illərdə Yevlaxın, daha sonra 2018-ci ilə qədər Gəncənin icra başçısı olub. O, 2018-ci il iyulun 3-də sui-qəsdə məruz qalıb. Vəliyev və onu mühafizə edən polis əməkdaşına qarşı silahlı sui-qəsd terror aktı kimi rəsmiləşdirilib və bu əməli törətməkdə suçlanan Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan doqquz nəfərə isə 18-20 il həbs cəzası verilib.
Səfərov bildirib ki, icra başçısını əhaliyə zülm etdiyinə görə öldürmək qərarına gəlib və bu məsələ təkbaşına onun planı olub. Digər təqsirləndirilən şəxslər günahsız olduqlarını, icra başçısına qarşı sui-qəsd olayına heç bir aidiyyətləri olmadığını bildiriblər.
Məhkəmədə sabiq icra başçısının dindirilməsi tələb olunsa da, nümayəndəsi Vəliyevin anlaqsız olması haqda arayış təqdim edib.
Demokrat.az
Elmar Vəliyevin oğlu məhkəməyə verildi
09:47 - 03 Sentyabr 2021

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Sertifikasiya imtahanı üzrə müsahibənin tarixi bəlli oldu

Maqsud İbrahimbəyovun filmləri nümayiş etdirilir - FOTOLAR

“550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - Eks-sevgilisindən Hidayətə ittihamlar

Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı YENİ QƏRAR

Ən çox şikayət edilən şirkət "Atəşgah Sığorta" olub

Sürət qatarından istifadə edənlərin NƏZƏRİNƏ - Cədvəl yenilənəcək

Bakıda bu məktəbin rəhbəri işdən çıxarıldı

Anar Babayev aparat rəhbəri təyin edildi

Küləkli hava nə vaxtadək davam edəcək?

"Qarabağ" daha bir futbolçu ilə yollarını ayırdı

Nazirdən rus bölmələri ilə bağlı mühüm AÇIQLAMA

Nazir bağçalardakı zorakılıqdan danışdı
Xəbər xətti
- 11 Sentyabr 2025
- 18:48 "Turan Tovuz" portuqaliyalı futbolçu transfer etdi
- 18:21 Sertifikasiya imtahanı üzrə müsahibənin tarixi bəlli oldu
- 17:59 Maqsud İbrahimbəyovun filmləri nümayiş etdirilir - FOTOLAR
- 17:46 “Fənərbağça”dan gözlənilməz transfer cəhdi - İngiltərədən gəlir
- 17:43 Fərqlənən müəllimlər “Üzeyir Hacıbəyli Mükafatı” ilə təltif olunacaq
- 17:35 Marsda yaşamın olmasına dair ən güclü DƏLİL
- 17:28 “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - Eks-sevgilisindən Hidayətə ittihamlar
- 17:11 Baş nazirdən sürücülük vəsiqəsi ilə bağlı YENİ QƏRAR
- 17:05 ABŞ-də insan ovu başladı - Bu suiqəsd Trampı sarsdı
- 16:58 Ən çox şikayət edilən şirkət "Atəşgah Sığorta" olub
- 16:52 "Qarabağ" 2 nigeriyalı futbolçu transfer etdi
- 16:47 Məşhur müğənnini təhdid edən şəxs həbs olundu
- 16:23 Sergen bu iki oyunçunu "Beşiktaş"da görmək istəmir
- 16:15 iPhone 17 Azərbaycanda neçəyə satılacaq? - AÇIQLANDI
- 16:08 Sürət qatarından istifadə edənlərin NƏZƏRİNƏ - Cədvəl yenilənəcək
- 15:40 Bakıda bu məktəbin rəhbəri işdən çıxarıldı
- 15:27 Anar Babayev aparat rəhbəri təyin edildi
- 15:14 "Fənərbağça"nın yeni baş məşqçisindən Fred QƏRARI
- 15:01 Küləkli hava nə vaxtadək davam edəcək?
- 14:57 Köhnə sevgilisini buna görə öldürdü - Əyləncə mərkəzində QANDONDURAN OLAY
- 14:53 "Qarabağ" daha bir futbolçu ilə yollarını ayırdı
- 14:40 Deputat özünə yeni sayt yaratdı - FOTO
- 14:26 Nazirdən rus bölmələri ilə bağlı mühüm AÇIQLAMA
- 13:55 SON DƏQİQƏ! Türkiyənin məşhur media subyektlərinə ƏL QOYULDU
- 13:43 Nazir bağçalardakı zorakılıqdan danışdı
- 13:18 Emin Əmrullayevdən "fond pulu" ilə bağlı XƏBƏRDARLIQ
- 12:56 Prezidentdən 1,5 milyonluq SƏRƏNCAM
- 12:50 Türkiyə üçün HƏYƏCAN TƏBİLİ - 7 bal gücündə zəlzələ olacaq?
- 12:42 "Problemimiz odur ki, oxuduğumuzu anlamırıq" - Nazir
- 12:36 "Avropa üzərində effektiv hava qalxanı yaratmalıyıq” - Zelenski
- 12:26 Sabah leysan yağacaq - PROQNOZ
- 12:17 Fransada etirazlar zamanı 540 nəfər saxlanıldı
- 12:10 iPhone 17 gəlir - Tramp Apple-ı məhv edəcək?
- 11:59 MİQ imtahanının ödənişli olması ilə bağlı nazirdən AÇIQLAMA
- 11:55 Bu məktəblərdə dərslər onlayn olacaq
- 11:47 Naxçıvanda əkin subsidiyaları artırıldı- FOTO
- 11:42 Hansı müəllimlər işdən çıxarılacaq? - Nazirdən AÇIQLAMA
- 11:36 Nepalda etirazlardan sonra baş nazir istefa verdi
- 11:30 "Qalatasaray" dan yeni transfer QƏRARI
- 11:22 Ötən il bu qədər bağça müdiri işdən çıxarılıb
- 11:15 Yeni tədris ilində 2,2 milyon şagird və tələbə....- Nazir rəqəmləri açıqladı
- 10:53 Pul alındı, müştəri bloka atıldı - Bakıda onlayn səhifənin dələduzluğu
- 10:42 11 yaşlı uşaq faciəvi şəkildə öldü - Ağdaşda DƏHŞƏT
- 10:31 Hikmət Hacıyev Konqresdə sülh gündəliyindən danışdı - FOTO
- 10:19 Ağcabədidə ana doğuş zamanı öldü - Körpə xilas edildi
- 10:15 Türkiyə 4 günlük iş rejiminə KEÇİD EDİR
- 10:15 Qurban Qurbanov 2 milyon manatdan niyə imtina edib? - VİDEO
- 10:08 SON DƏQİQƏ! Türkiyədə zəlzələ oldu
- 10:00 Gəlininə qumbara atan qayınataya görün nə cəza verildi
- 09:39 Neftimizin bu günə QİYMƏTİ
- 09:24 Dünya çempionu 40 yaşında karyerasını bitirdi

