“Mən artıq ölürəm” - Mixail Saakaşvili

16:47 - 07 Aprel 2023

“Mən artıq ölürəm” - Mixail Saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həyatda qalmaq uğrunda mübarizə apardığını və həbsin onun sağlamlığına ciddi ziyan vurduğunu söyləyib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, siyasətçi həbsdə müntəzəm olaraq fiziki və psixoloji işgəncələrə məruz qaldığını vurğulayıb.

Ağır metallarla zəhərləndiyini deyən 55 yaşlı Saakaşvili bunun nəticəsi olaraq 20-dən çox ağır xəstəliyə düçar olduğunu iddia edib.

“Həbsdə olarkən səhhətim kəskin şəkildə pisləşdi. Mən artıq ölürəm. Ölkədən kənarda lazımi tibbi yardım almasam, tezliklə öləcəyəm”, - M.Saakaşvili əlavə edib. 

Siyasətçi əlavə edib ki, onun ölümü Gürcüstanda siyasi xaosa səbəb ola bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az