Həyat yoldaşı yeni vəzifəyə təyin olunan Xalq artistini təbrik etdi - FOTO

14:10 - 08 Aprel 2023

Həyat yoldaşı yeni vəzifəyə təyin olunan Xalq artistini təbrik etdi - FOTO

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı Rusiyanın Xalq artisti Anna Netrobka onu diretor olması münasibətilə təbrik edib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib:

"Təbriklər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yeni rəhbəri. Qürurvericidir. Sən hər şeyi bacarırsan. Yeni işində sənə uğurlar diləyirəm. Səni sevirəm və qürur duyuram".

Xatırladaq ki, Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsinə təyin olunub.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Yusif Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az