Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə tədbirləri davam edir- FOTOLAR

16:22 - 08 Aprel 2023

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə tədbirləri davam edir- FOTOLAR

Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara  qayğı ənənələrini davam etdirmək məqsədilə  növbəti ağacəkmə tədbiri bu gün Cəbrayıl rayonunda keçirilib.


 
Manset.az xəbər verir ki, "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq Meşəsi Kompleksi"nin "Dostluq Meşəsi" adlandırılan sahəsində keçirilən ağacəkmə tədbiri zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Hesablama Palatasının rəsmiləri və əməkdaşlarının iştirakı ilə ağac tingləri əkilib.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekoloji mühitin, bioloji müxtəlifliyin  bərpası, yaşıllıq zonalarının genişləndirilməsi istiqamətində ağacəkmə tədbirləri keçirilir, müxtəlif növ ağaclar əkilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az