Azərbaycanda 2 azyaşlı bacını avtomobil vurdu - Ölən var

13:08 - 09 Aprel 2023

Azərbaycanda 2 azyaşlı bacını avtomobil vurdu - Ölən var

Abşeronda iki azyaşlı bacını avtomobil vurub.

 

Manset.az "Report”a istinadən xəbər verir ki, Musayev Yunus Elçin oğlu Abşeron rayonu, Novxanı kəndində idarə etdiyi "Kia Optima” markalı avtomobil ilə piyadalar - 2013-cü il təvəllüdlü Hüseynli Gülər Rəhman qızını və 2014-cü il təvəllüdlü Hüseynli Gülnur Rəhman qızını vuraraq ağır xəsarət yetirib.

Qeyd olunub ki, Gülər Hüseynli aldığı xəsarətlərdən müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı cinayət işi başlanıb və istintaq aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az