“Qarabağ” ləqəbli azərbaycanlı ukraynalıları erməni “Vaqner”çidən xilas etdi - VİDEO

17:05 - 10 Aprel 2023

“Qarabağ” ləqəbli azərbaycanlı ukraynalıları erməni “Vaqner”çidən xilas etdi - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, son həftələrdə Kiyevdə demək olar ki, həyəcan siqnalı eşidilmir. 

Məlumata görə, Donetsk vilayətində gərginlik hələ də davam edir. Baxmuta daxil olan “Vaqner” hərbçiləri ilə Ukrayna Ordusu arasında döyüşlər gedir.

O da bildirilib ki, bir ay əvvəl “Qarabağ” ləqəbli azərbaycanlı hərbçi Donetskdə ukraynalı ailəni xilas edib:

“Hadisə “Vaqner” hərbçilərinin mühasirəyə alıb tutmaq istədiyi kənddə baş verib. Həmyerlimizin rəhbərlik etdiyi dəstə onları zərərsizləşdirərək ukraynalıları xilas edib. Zərərsizləşdirilən bölmənin rəhbəri milliyyətcə erməni olub”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az