Bakıda ər arvadını gözəllik salonunda ÖLDÜRDÜ

13:14 - 13 Aprel 2023

Bakıda ər arvadını gözəllik salonunda ÖLDÜRDÜ

Bakıda ər arvadını qətlə yetirib.

 

DİN-in mətbuat xidmətindən Manset.az-a bildirilib ki, hadisə bu gün saat 12:40 radələrində Rəzulzadə qəsəbəsində gözəllik salonlarından birində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Aygün Yusifovanın kəsici-deşici alətlə qətl yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1980-ci il təvəllüdlü İsrafil Yusifov polisə gələrək təslim olub. 

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az