Beyləqan sakinindən tapança götürülüb - FOTO

15:36 - 13 Aprel 2023

Beyləqan sakinindən tapança götürülüb - FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib. 

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Şəmsi Əbilov saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı “Makarov” tapançası,  həmin silaha aid bir ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az