Ermənistanda ağır işgəncələrə məruz qalan azərbaycanlı hərbçilər MTX-yə təhvil verildi

14:47 - 14 Aprel 2023

Ermənistanda ağır işgəncələrə məruz qalan azərbaycanlı hərbçilər MTX-yə təhvil verildi

Hazırda Ermənistanda əsir saxlanılan və ağır işgəncələrə, qeyri-insani rəftara məruz qalan azərbaycanlı hərbçilər bu ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.

 

Manset.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Ermənistan Polis İdarəsindən bildirilib.

Qurum məsələ ilə bağlı əlavə açıqlama yaymayıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az