Bankın qarşısına vurulan elan müzakirələrə səbəb OLDU

13:39 - 05 Sentyabr 2021

Bankın qarşısına vurulan elan müzakirələrə səbəb OLDU

Sosial şəbəkələrdə Ağcabədidə Azərbaycan Beynəlxalq Bankının (ABB) qarşısına vurulan elan müzakirələrə səbəb olub.

 

“COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq”, - elanda qeyd olunub.

Manset.az xəbər verir ki, “Qafqazinfo” məsələ barədə ABB-yə sorğu ünvanlayıb.

Bankdan sorğumuza cavab olaraq bildirilib ki, belə bir tələb yoxdur:

“Bu təşəbbüs Bank tərəfindən olmayıb. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az