logo
logo logo
logo

İsa Həbibbəylinin nəvəsi universitetə imtahansız qəbul olunub? - AÇIQLAMA

15:59 - 27 Aprel 2023

İsa Həbibbəylinin nəvəsi universitetə imtahansız qəbul olunub? - AÇIQLAMA

Sosial şəbəkələrdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin qeyri-qanuni yolla tələbə adını qazanması barədə məlumatlar yayılıb.Onun orta məktəbi qızıl medalla bitirdiyi, universitet və ixtisas seçimini imtahansız edərək ali məktəbə qəbul olunduğu bildirilir.

 

Manset.az xəbər verir ki, AMEA-nın Mətbuat xidməti yayılan məlumatın əsassız olduğunu açıqlayıb: “Sosial şəbəkələrdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin qeyri-qanuni yolla ali məktəb tələbəsi olması və ali məktəbə imtahansız qəbul edilməsi haqqında yayılan və tirajlanmaqda davam edən məlumatların hər ikisi yalandır.

Həbibbəyli İsa Səhət oğlu hazırda orta məktəbin onuncu sinif şagirdi kimi təhsilini davam etdirir”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az