Nazir bütün müşavirlərini İŞDƏN ÇIXARDI

13:06 - 06 Sentyabr 2021

Nazir bütün müşavirlərini İŞDƏN ÇIXARDI

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bütün müşavirlərini vəzifədən azad edib.

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazirin müvafiq əmri ilə Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Xəlil Ramazanov yaşa görə pensiyaya göndərilib. 

Nazirin digər müşaviri Şirinzadə Natiq Əhməd oğlu başqa dövlət qurumuna təyinat aldığı üçün işdən azad olunub.

Muxtar Babayev ötən il Xaliqverdi Hüseynovu özünə müşavir təyin etsə də, artıq o, bu vəzifəsindən azad edilərək Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi Şöbəsinin müdir əvəzi təyin edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az