logo
logo logo
logo

Yağıntılı hava nə vaxtadək davam edəcək?

19:01 - 04 May 2023

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Mayın 5-də Bakıda və Abşeron yarımadasında gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, gündüz saatlarında qısamüddətli az yağış yağacağı ehtimal olunur.

 

Manset.az-a  xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, şimal-qərb küləyi əsəcək:

“Havanın temperaturu 13-16 dərəcə isti olacaq. Bölgələrdə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu günorta saatlarında 15-19, dağlıq ərazilərdə isə 3-6 dərəcə isti olacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az