Düşmən təxribatı nəticəsində şəhid olan Orxan Novruzəlizadə Ağstafadandır

12:28 - 11 May 2023

Düşmən təxribatı nəticəsində şəhid olan Orxan Novruzəlizadə Ağstafadandır

Bu gün düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə Ağstafa rayon sakinidir.

 

Manset.az "oxu.az"-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü O.Novruzəlizadə rayonun Vurğun qəsəbəsinin sakini olub.

Şəhidimiz subay olub.

Qeyd edək ki, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az