Cəlilabaddakı ağır qəzanın TƏFƏRRÜATLARI

00:03 - 12 May 2023

Cəlilabaddakı ağır qəzanın TƏFƏRRÜATLARI

Cəlilabadda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub.

 

Manset.az xəbər verir ki, baş verən qəzada yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olublar.

Belə ki, qəza zamanı "Qazel" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə mikroavtobus yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə ilə bağlı son məlumata görə, 8 nəfər xəstəxanaya müraciət edib, onlardan 3 nəfərinin vəziyyəti ağırdır.

Yaralılar fərdi və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

İlkin ehtimala görə, qəzaya səbəb mikroavtobusun sükanında yaranmış problem olub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az