Ceyhun Bayramov Çavuşoğlunu təbrik etdi

16:38 - 15 May 2023

Ceyhun Bayramov Çavuşoğlunu təbrik etdi

Azərbaycan və Türkiyənin XİN rəhbələri  Ceyhun Bayramovla Mövlut Çavuşoğlu arasında telefon danışığı baş tutub.

 

XİN-dən Manset.az-a verilən məlumata görə, Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Rəcəb Tayyib Ərdoğanın və hakim partiyanın səs çoxluğu ilə irəlidə olması münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb. Bu seçkilər nəticəsində qardaş Türkiyənin daha da güclənəcəyinə əminlik ifadə olunub.

M. Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı, həmçinin bölgədə cari vəziyyət və sülh danışıqları üzrə son yeniliklər müzakirə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az