Yağıntılı hava nə vaxtadək davam edəcək?

17:40 - 15 May 2023

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında axşama doğru şimal-qərb küləyi mülayimləşəcək, yağıntı tədricən kəsiləcək.

 

Bunu Manset.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib. O bildirib ki, Bakıda və Abşeron yarımadasında bu gün axşam 11 dərəcə isti olacağı proqnozlaşdırılıb:

“Mayın 16-17-də Bakıda nisbətən mülayim şimal-qərb, cənub küləkləri əsəcək. Temperatur bu gün ilə müqayisədə bir qədər yüksələrək gündüz 14-19 dərəcə isti olacaq. Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir”.

Bölgələrdə qeyri-sabit yağıntılı hava şəraitinə gəldikdə isə o deyib ki, mayın 16-sı gündüz saatlarına qədər davam edəcək.

"Sonrakı günlərdə əsasən yağmursuz olacağı gözlənilsə də, mayın 17-18-də gündüz saatlarında yenidən yağıntılı hava şəraitinin olacağı proqnozlaşdırılır”, - deyə o qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az