logo
logo logo
logo

Uşaqların düşdüyü quyudan GÖRÜNTÜLƏR - VİDEO

14:55 - 18 May 2023

Uşaqların düşdüyü quyudan GÖRÜNTÜLƏR - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində iki azyaşlı quyuya düşərək ölüb.

 

Manset.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları hadisə yerinə yollanıb.

Ərazidə olan sakinlər hadisənin necə baş verməsi ilə bağlı məlumat veriblər: “Saat 8-dən xəbər tutulub ki, uşaqlar yoxdur. Bütün qonşulara hay düşüb və axtarmağa çıxıblar. Görən olub ki, iki uşaq əlində süpürgə ilə gedib. Axtara-axtara gəlib buradan süpürgəni tapıblar. Daha sonra quyuda suyun üstündə uşağın başmağı olub. Məlum olub ki, uşaqlar buradadır. Daha sonra polislər və FHN-in əməkdaşları gəldi. Saat 2-yə qalmış birinin, 4-ə qalmış da digər uşağın cəsədi quyudan çıxarıldı”.

Qeyd edək ki, qonşuluqda yaşayan uşaqlar 2013-cü il təvəllüdlü olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az