Azərbaycanda məktəbdə 27 nəfər zəhərləndi - Çoxu şagirddir

15:01 - 23 May 2023

Azərbaycanda məktəbdə 27 nəfər zəhərləndi - Çoxu şagirddir

Şəkidə eyni məktəbin 3 müəllimi və 24 şagirdi zəhərlənib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a bildirilib ki, hadisə bu gün günorta saatlarında rayonun Qudula kənd orta məktəbində baş verib. Bildirilib ki, 24 şagird və 3 müəllimin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Faktla bağlı araşdırmalara başlanılıb. Hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az