Bir neçə ərazidən sel keçib: Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

16:10 - 26 May 2023

Bir neçə ərazidən sel keçib: Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

 

Manset.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 15:00-a olan məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında, Şərur, Ordubad, Balakən, Zaqatala, Qax, Altıağac, Şabran, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Xaltan, Quba, Salyan, Qazıməmməd, Qobustan, Göygöl, Gədəbəy, Daşkəsən, Ağstafa, Tovuz, Gəncə, Ağsuda şimşək çaxıb, arabir yağış yağıb.

Yağan leysan xarakterli yağışlarla əlaqədar 26 may saat 11:55-də Gəncəçay Alaxançallıdan, saat 13:40-14:05 radələrində Aşağı Ağcakənd ərazisindən, saat 12:03-12:33 radələrində Gədəbəydən, saat 14:15 radələrində Gəncəçay-Zurnabaddan sel keçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az