Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan etdi

12:03 - 14 İyun 2023

Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan etdi

Medianın İnkişafı Agentliyi fərdi jurnalist müsabiqəsi elan edir.

Manset.az xəbər verir ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən jurnalist anlayışı ilə əhatə olunan şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 jurnalist və 2 operator qalib elan edilir və mükafatlandırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az