Kənd Təsərrüfatı Nazirliyinin yaydığı son məlumata görə, cari ilin 5 ayı ərzində Azərbaycanda 2 325,9 hektar sahədə çəltik əkilib.
Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda isə göstərilir ki, bu ilin 5 ayı ərzində xarici ölkələrdən Azərbaycana 29 milyon 768.94 min ABŞ dolları dəyərində və 33 184.39 ton həcmində düyü idxal olunub.
Ötən ilin eyni dövründə isə bu idxal 20 milyon 342.73 min dollar dəyərində və 24 722.36 ton həcmində olub. Bu da göstərir ki, 1 il ərzində dəyərdə 9 milyon 426,21 min dollar və ya 31,66 faiz, həcmində isə 8 462,03 ton və ya 25,50 faiz artım baş verib.
Hesabatda göstərilməsə də, ölkəmizə düyü əsasən Hindistan, Çin və Pakistandan idxal olunur. Həm KTN-nin, həm də DGK-nin məlumatlarına baxdıqda, aydın olur ki, ölkədə istehsal azaldıqca, idxala üstünlük verilir və bu, ildən ilə daha da artır.
Onu da qeyd edək ki, bir neçə gündür, marketlərdə əsasən Hindistandan gətirilən düyü məhsullarının qiymətində artımların olacağı ilə bağlı məlumatlar yayılır. Bunu da həmin ölkə tərəfindən düyü ixracının azaldılması ilə əlaqələndirilir. Hətta bu ölkədən gələn məhsulun həcminin də azaldığı göstərilir ki, bu da düyünün qiymətinin artmasına səbəb olur.
Yayılan informasiyalar nə qədər doğrudur? Həqiqətənmi, düyünün qiymətləri bahalaşır?
Manset.az xəbər verir ki, bu və digər sualları cavablandıran Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlamasında, bu informasiyanın yanlış olduğunu diqqətə çatdırdı:
“Hazırda Hindistanda düyü bahalaşmayıb və bu barədə yayılan informasiya yanlışdır. Əksinə bu il Hindistanda çəltik və digər dənli bitkilərdə yüksək məhsuldarlıq əldə edilib. Belə olan halda, nəyə görə ixracı azaltmalıdır? Burada heç bir məntiq yoxdur.
İdxalçı şirkət və ya sahibkar bahalaşmaya getmək və əhalinin nəbzini yoxlamaq üçün bu cür informasiyalara əl atır. Əhaliyə çatdırır ki, idxal etdiyimiz ölkədə məhsul bahalaşdığı üçün biz də qiymətləri qaldırmağa məcbur oluruq. Kiçik bir araşdırma aparsaq, görərik ki, həmin ölkədə qiymətlə onun dediyinin əksinə, bir qədər ucuzlaşıb”.
Azərbaycanda son illər çəltik istehsalının azaldığını, amma idxalının artdığını təsdiq edən müsahibimiz bunun səbəbini ölkəmizdə düyünün istehsal olunmaması ilə əlaqələndirib:
“Buna görə də ölkəmizdə düyüyə olan tələbat tam ödənilmir və nəticədə həm iqtisadiyyatın xaricdən asılılığı, həm də valyutaya olan daxili tələbat artıb, yəni ölkədən xaricə valyuta axını kəskinləşib. Bundan başqa, çəltik zəhmətli və böyük əmək tələb edən məhsuldur. Əgər bu sahə stimullaşdırılmasa, inkişaf etdirmək də çətin olacaq və ildən-ilə geri gedəcək”.
Müsahibimizin sözlərinə görə, həm düyünün, həm də digər ərzaq məhsullarının qiymətində artımın bir səbəbi, gömrük rüsumları ilə əlaqədardır:
“Son illər gömrük sahəsində aksizlərin və gömrük rüsumlarının məbləği qeyri-qanuni şəkildə artırlır. Bu da məhsulun maya dəyərinin artmasına səbəb olur. Son illər ərzində ölkədə inhisarçı bazar formalaşdırılıb. Bu bazarı yaradan sahibkar gömrük rüsumlarının artdığını bəhanə edərək bahalaşmaya gedir və bundan yararlanaraq xərclərinin artmasını bəhanə edir. Əslində isə belə deyil, yəni əgər xərclər bir faiz artırsa, sahibkar qiyməti 10 dəfə qaldırır”.
Son dövrlərdə dünya bazarında çəltik qiymətlərində artımların olmadığını söyləyən ekspert düşünür ki, bunun da məhsulun maya dəyərinə hər hansı bir təsiri ol bilməz:
“Qiymətlər 3 ay əvvəl necə idisə, hazırda da sabit şəkildə qalmaqdadır. Üstəlik bir qədər ucuzlaşma müşahidə olunur. Ona görə ki, yay aylarında düyüyə və digər paxlalı məhsullara tələbat az olur”.
Düyünün qiyməti BAHALAŞACAQ? – AÇIQLAMA
12:42 - 05 İyul 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
08 Noyabr 2026 - 11:54
Prezident xalqa müraciət edir - CANLI
07 Noyabr 2026 - 20:09
"Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır"! - İlham Əliyev
08 Noyabr 2026 - 09:20
“Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
08 Noyabr 2026 - 12:52
Zəfər bizim üçün nədir? - Azay Quliyev
07 Noyabr 2026 - 18:07
Rəqsanə İsmayılovanın dayısı vəfat etdi - FOTO
08 Noyabr 2026 - 09:00
Bu gün Azərbaycanda Zəfər Günüdür
07 Noyabr 2026 - 20:14
Azərbaycan mədəniyyət ictimaiyyətindən Prezidentə TƏBRİK
07 Noyabr 2026 - 16:05
Jurnalist Elnur Şükürov həbs olundu
07 Noyabr 2026 - 20:18
Deputatın həyat yoldaşı vəfat etdi
07 Noyabr 2026 - 17:37
"Şamaxinka"da 5 və 9 mərtəbəli binalar sökülə bilər
07 Noyabr 2026 - 16:00
Putin onları Ukrayna ilə danışıqlara göndərir - ADLAR
07 Noyabr 2026 - 22:23
Ərdoğan sabah Qarabağa gəlir
Xəbər xətti
- 08 Noyabr 2026
- 15:57 Şuşanın azad edilməsi Zəfərin zirvəsi, tarixi ədalətin və milli iradənin təntənəsidir
- 15:42 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - VİDEO
- 15:18 Prezidentdən Ərdoğanın Azərbaycana səfəri ilə bağlı PAYLAŞIM
- 15:13 Şuşada liderlərin təkbətək görüşü keçirilir
- 14:58 Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi - VİDEO
- 14:45 "Zəfərin mübarək olsun, can Azərbaycan" - Türkiyə DİN
- 14:31 “Gözəl şeylər hiss edirik, hava da gözəldir” - Ərdoğan
- 14:20 Xankəndidə Zəfər Muzeyi olacaq
- 14:05 Səudiyyə Ərəbistanının paytaxtında bina vuruldu
- 13:46 Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı / VİDEO
- 13:31 İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi
- 13:20 Dövlət Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət etdi - FOTO
- 13:07 Sabah leysan olacaq - PROQNOZ
- 12:52 Zəfər bizim üçün nədir? - Azay Quliyev
- 12:36 “Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar”
- 12:32 İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
- 12:31 “Bu gün biz azad Qarabağda qurub-yaradırıq”
- 12:26 “Əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi”
- 12:24 "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlandı
- 12:11 “Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi”
- 11:54 Prezident xalqa müraciət edir - CANLI
- 11:47 Ərdoğan Azərbaycana yola düşdü
- 11:34 Tokayev Əliyevi təbrik etdi
- 11:32 Şahbaz Şərifdən Zəfər Günü təbriki
- 11:20 Kamran Əliyev və prokurorluğun rəhbər heyəti Zəfər Tağını ziyarət etdi - FOTO
- 11:15 Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - FOTOLAR
- 11:05 "Zəfərimiz Azərbaycanın milli iradəsinin və dövlət qətiyyətinin nəticəsidir" - Kamaləddin Qafarov
- 10:54 Böyükşor yolunda AĞIR QƏZA - FOTO
- 10:36 Yaponiyada güclü zəlzələ oldu
- 10:15 Şəmkirdə maşın ağaca çırpıldı - Ölən və yaralananlar var
- 10:04 Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
- 09:49 Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət etdilər - FOTOLAR
- 09:35 Türkiyədə dəhşətli qəza - 9 ölü var / FOTO
- 09:20 “Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
- 09:13 Prezidentin köməkçisindən Zəfər Günü haqda təsirli paylaşım - VİDEO
- 09:00 Bu gün Azərbaycanda Zəfər Günüdür
- 08:30 “WhatsApp”da yeni funksiya istifadəyə verilir - Qarşı tərəf bilməyəcək
- 08:00 İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi
- 01:00 Pul qazanmaq istedadı olan BÜRCLƏR
- 00:30 Hər kəs xeyirli hesab edir - Ən riskli ət növü açıqlandı
- 07 Noyabr 2026
- 23:58 Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
- 23:17 Ukraynaya 15 milyard dollarlıq yardım
- 22:56 Osimhen əməliyyat olundu
- 22:34 “İnqilabı bayram edir, amma...” - Lukaşenkodan qəribə açıqlama
- 22:23 Ərdoğan sabah Qarabağa gəlir
- 22:19 Səudiyyə Ərəbistanına raket və dron hücumu - Husilər strateji obyektləri hədəf aldılar
- 21:55 Ərdoğan Trampla İran və Ukraynanı müzakirə etdi
- 21:31 İran raketlərlə bağlı bu qadağanı ləğv etdi
- 21:05 "Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm" - Oljas Süleymenov
- 20:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
- 20:18 Deputatın həyat yoldaşı vəfat etdi