logo
logo logo
logo

79 min mənimsəyən bank əməkdaşı məhkəmədə həbs edildi

13:41 - 05 İyul 2023

79 min mənimsəyən bank əməkdaşı məhkəmədə həbs edildi

İpoteka vəsaitlərini mənimsəməkdə təqsirləndirilən “Kapital Bank” ASC-nin əməkdaşı Cahandar Əmrahlının cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən C.Əmrahlı 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, C. Əmrahlı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ipoteka krediti üçün işlədiyi banka müraciət etmiş ayrı-ayrı şəxslərin ödədiyi külli miqdarda vəsait və sığorta haqlarını mənimsəməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib.

İş üzrə dəymiş ziyanın 79 min 100 manat hissəsinin ödənilməsi təmin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az