TikTok bu qadağaları tətbiq etdi

19:40 - 05 İyul 2023

TikTok bu qadağaları tətbiq etdi

TikTok təcrübələrin mümkün qədər etibarlı və yaşlara uyğun olmasını təmin etmək üçün 18 yaşdan kiçik istifadəçilərə bir çox məhdudiyyətlər tətbiq edib.

 

Manset.az xəbər verir ki, bu barədə şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya Xidmətinin rəhbəri Kristina Yeremeyeva məlumat verib.

Həmin məhdudiyyətlər bunlardır:

Qeyd-şərtsiz 16 yaşdan kiçik şəxslərin hesabları bağlıdır;

16 yaşdan kiçik istifadəçilər tərəfindən yayımlanan videolar endirilə bilməz;

TikTok-da şəxsi mesajların funksionallığı yalnız 16 yaş və yuxarı qeydiyyatdan keçmiş hesab sahibləri üçün əlçatandır;

18 yaşdan yuxarı istifadəçilər canlı yayım edə bilərlər;

Yalnız 18 yaşına çatmış istifadəçilər virtual hədiyyələr ala, göndərə və ya qəbul edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az