- Azərbaycanın ən aparıcı elektronika şəbəkəsi “Kontakt” bazardakı gücünü bu dəfə ölkənin iqtisadi göstəricilərində sübut edib. Belə ki, şəbəkə ölkənin elektronika sektorunda ən çox vergi ödəyən №1 şirkət statusunu qazanıb.
Müasir biznes mühitində uğur artıq təkcə
satış və xidmət göstəriciləri ilə deyil, həm də şirkətin cəmiyyət qarşısındakı
sosial məsuliyyətini necə yerinə yetirməsi ilə ölçülür. “Kontakt” da uzun illərdir
fəaliyyətini şəffaflıq və bu məsuliyyət prinsipləri üzərində aparır. Ötən il
üzrə 40,1 milyon manat vergi ödəyən şəbəkə ödənilən hər bir manat vergiyə
ölkənin inkişafına, vətəndaşların ehtiyaclarına xərclənən bir sərmayə kimi
yanaşır. Şəbəkənin öz sektorunda №1 olması da məhz bu sosial məsuliyyətə
dəstəyinin göstəricisidir. “Kontakt”ın siyahıda elektronika sektoru üzrə ilk
sırada yer alması həm də şirkətin bazardakı güclü mövqeyini göstərən göstəricilərdən
biridir.
Qeyd edək ki, şəbəkə 2025-ci ildə qeyri-neft
sektoru üzrə ən çox vergi ödəyən şirkətlər siyahısında ilk 10-luqda yer alıb. Qeyd
olunan rəqəmlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
açıqladığı məlumatlara əsaslanır.
Xatırladaq ki, hazırda “Kontakt” Azərbaycan
üzrə 50-dən çox, Gürcüstanda altı mağaza, kontakt.az və kontakt.ge
onlayn platformaları ilə minlərlə müştəriyə xidmət göstərir. Üstəlik, şəbəkə
Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə
ilk və yeganə rəsmi tərəfdaşıdır.