Yasamalda YANĞIN - Ölən var

09:43 - 06 İyul 2023

Yasamalda YANĞIN - Ölən var

Bakıda yaşayış binasında yanğın olub.

 

Manset.az FHN-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən üçmərtəbəli yaşayış binasında baş verib.

Binanın 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan birotaqlı mənzildə 1 ədəd çarpayı, 1 ədəd yataq dəsti və döşəmə 5 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar təhqiqat aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az